SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qolkiperi Fernando Musleranın "Beşiktaş"la matçda hərəkəti böyük səs-küyə səbəb olub. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, meydanda hər zaman centlemenliyi ilə seçilən Muslera bu dəfə də eyni hərəkəti edib.

Belə ki, Muslera "Beşiktaş"a qarşı keçirilən matçda rəqib komandanın futbolçusu Valentin Rozyenin ağır zədə almasının qarşısını alıb. Muslera epizodların birində qapı dirəyi ilə toqquşmaqda olan Rozyenin ayağını əli ilə saxlayaraq onun zədələnməsinin qarşısını almış olub.

Matçın bu anının görüntüsü sosial şəbəkələrdə paylaşılaraq böyük müzakirələrə səbəb olub.

 

BAKU.WS