SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun həkimi Yener İncə danışıb.

O, bildirib ki, zərbədən Musleranın dirsəyində çıxıq olub. Meydançada yerinə salıblar:

"Bəzən yerinə oturtmaq uyğun gəlir, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Sabah çəkəcəyimiz MRT-də dislokasiyanı müşayiət edən başqa bir vəziyyətin olub-olmadığını öyrənəcəyik”.

Musleranın noyabrın 8-də keçiriləcək "Bayern Münhen" matçında meydana çıxıb-çıxmayacağı hələ də bəlli deyil.

BAKU.WS
QALEREYA