SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Beşiktaş” klubunda qızışan prezidentlik yarışında nə Emre Kocadağ, nə də Hasan Arat hələ ki, rəsmi olaraq namizədliyini açıqlamayıb. Ancaq bu iki adın pərdəarxası namizəd olacağı müəyyən edilsə də, Kocadağ və Aratın baş məşqçi namizədi Sergen Yalçının olacağı bildirilir.

BAKU.WS “Sözcü”yə istinadən xəbər verir ki,Emre Kocadağ 2020-2021-ci il mövsümündə çempionluq qazanan Sergen Yalçını təyin edib, onu komandada yeganə rəhbər vəzifəsinə təyin etməyi hədəfləyib.

Kocadağın transfer prosesini də Yalçınla birlikdə həyata keçirmək istədiyi qeyd olunub.

Qeyd edilib ki, ara transfer dönəmində komandaya ulduz futbolçu qatmağı hədəfləyən Kocadağ təxminən 3 ad üçün təxminən 20 milyon avrodan keçməyi düşünür.

BAKU.WS