SİZİN REKLAM BURADA!
055 213 76 73


"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimində qalmaqallı hadisə yaşanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilən mərasimdə gecənin aparıcılarından olan Didye Droqbanı qəzəblənib.

Belə ki, Emiliano Martinez mükafatını almaq üçün səhnəyə çıxanda zaldakı tamaşaçılar onu yüksək səslə fitə basıblar.

Hadisə 2022-ci il Dünya Kubokunun finalında Randal Kolo Muaninin son saniyələrində vurduğu zərbəni xilas edən Martinezin görüntüləri ekranda gəldikdə baş verib.

Bu zaman Droqba əsəbiləşib və ulduz futbolçu iştirakçılara tərəf dönərək "İdmançıları təbrik etmək üçün gəlmişik. Xahiş edirəm, danışmağına icazə verin" - deyib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə təşkil olunan 67-ci mükafatlandırma tədbirində mükafata ABŞ-nin "İnter Mayami" klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı "İnter Mayami"nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top"un sahibi olub.

BAKU.WS