SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə baş tutan "İnter Mayami" "Dallas" oyununda argentinalı ulduz Leonel Messi növbəti dəfə baxımlı qollara imza atıb.

BAKU.WS xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesablı heç-heçə ilə başa çatdığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Burada isə "İnter Mayami" futbolçuları daha dəqiq (3:5) olub.

Qarşılaşmada Messi 2 qol vurub. Klub Liqa Kubokunun 1/4 finalına yüksəlib. 

Qeyd edək ki, Messi iyulda "İnter Mayami"yə keçib. Messidən öncəki son 13 matçın 8-də məğlub olub, 2 qələbə qazanan "İnter Mayami" Messi gəldikdən sonra keçirilən 4 oyunun hamısında qələbə qazanıb. 

BAKU.WS