SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Fransanın paytaxtı Parisdə FIFA 2022 The Best mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, ilin qapıçısı mükafatını Emiliano Martinez qazanıb.

Argentinanı dünya çempionatının zirvəsinə çatdıran Lionel Skaloni ilin məşqçisi adına layiq görülüb.

FİFA-nın ilin onbirliyi siyahısında Kurtua, Hakimi, Van Deyk, Kanselo, Kazemiro, Modriç, De Bruyne, Messi, Haaland, Benzema və Mbappe yer alıb.

Ən Yaxşı qadın onbirliyin adları isə belədir:

Endler, Bronze, Leon, Uilliamson, Renard, Oberdorf, Ualsh, Putellas, Mead, Kerr, Morgan

PSJ və Argentina millisinin ulduzu Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Mükafatı aldıqdan sonra açıqlama verən ulduz oyunçu qeyd edib: "Dünya Kubokunu qazanmaq karyeramda başıma gələn ən yaxşı şey idi. İllərlə davam edən mübarizədən sonra bunu əldə etməyimə kömək edən Allaha şükürlər olsun.

Ailəmə, insanlara təşəkkür etmək istəyirəm. Argentinalı azarkeşlər, bu macəranı bu qədər xüsusi və gözəl etdiyinizə görə çox sağ olun. Xatirələrimiz əbədi olaraq bizimlə qalacaq”.

Beləcə təcrübəli futbolçu karyerasında 77-ci fərdi mükafatını qazanıb.

İlin ən yaxşı oyunçusu seçilən səsvermədə Messi 52 səslə birinci, Mbappe 44 səslə ikinci, Benzema isə 34 səslə üçüncü olub.

BAKU.WS
QALEREYA