SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın "Pendikspor"u məğlub etdiyi matçda het-trik edən Edin Dzeko, liqada vurduğu qolların sayını 10-a çatdıraraq adını Superliqa tarixinə yazdırdı. 

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir.

Dzeko indiyə qədər onu böyük ümidlərlə transfer edən "Fənərbağça"nın gözləntilərini doğrultmağı bacarıb.

Təcrübəli futbolçu liqanın ilk 9 həftəsində "Başakşehir" matçında hesaba qatqısı ilə yanaşı, ardıcıl 3 matçda da qol vurub. 

Dzeko İstanbul təmsilçisinə qarşı het-trik edib və qol krallığı uğrunda mübarizədə "Qalatasaray"ın ulduzu İkardiyə çatıb.

Türkiyə futbolunun və "Fənərbaxça"nın unudulmaz əfsanəsi Lefter Küçükandonyadis 1962-ci ilin oktyabrında keçirilən "Vefaspor" matçında üç dəfə fərqlənib. Belə ki, Lefter 36 yaş 291 günlüyündə het-trik edən ən yaşlı oyunçu oldu.

Dzeko da 61 ildən sonra, sonra 37 yaş 266 günlüyündə Super Liqa tarixində bir matçda 3 qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb. 

BAKU.WS