SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" böyük ümidlərlə heyətinə qatdığı Tanguy Ndombele ilə yollarını ayıra bilər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu "Qalatasaray"ın Super Liqa çərçivəsində baş tutacaq "Çaykur Rizəspor"la matçının heyətində yer almayıb.

“Sarı-qırmızılılar” icarə əsasında heyətinə qatdıqları fransalı futbolçunu ara transfer dövründə göndərə bilər.

Ndombele bu mövsüm "Qalatasaray"ın heyətində 7 matçda meydana çıxıb. 26 yaşlı futbolçu bu matçlarda heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.

BAKU.WS
QALEREYA