SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Lester Siti" ilə müqaviləsi başa çatan belçikalı futbolçu Youri Tielemans üçün "sarı-qırmızı"lı azarkeşlərə səslənib.

BAKU.WS xəbər verir ki, Okan Burukun Youri Tielamans üçün "Come to Galatasaray" ("Qalatasaray"a gəl) çağırışından sonra belçikalı futbolçunun son paylaşımına yazılan şərhlərin sayı 100 mini keçib.

"Cim Bom"un baş məşqçisi həmçinin deyib ki, belçikalı kimi simanı heyətində görmək istəsə də onun transferi heç də asan başa gəlmir.

Qeyd edək ki, boyu 1,76 metr olan Tielemans bu mövsüm 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Tielemans "Lester"də ümumilikdə 195 oyuna çıxıb və 28 qol vurub, 26 məhsuldar ötürmə ilə fərqlənib.

Bundan əvvəl “Monako” və “Anderlext”də top qovan Tielemans karyerası ərzində 445 oyuna çıxıb ki, bu oyunlarda 69 qol vurub və 60 məhsuldar ötürmə edib. Onun hazırkı transfer qiyməti 30 milyon avrodur.

BAKU.WS
QALEREYA