SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Qalatasaray” klubu UEFA-ya heyət bildirişinin son günündə iki yeni futbolçu ilə anlaşıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, “Cim-Bom” İngiltərə “Tottenhem”inin iki futbolçusunu transfer edib.

Müdafiəçi Davinson Sançes və yarımmüdafiəçi Tanqi Ndombele karyeralarını “Sarı qırmızılılar”ın heyətində davam etdirəcəklər.

Məlumata görə, Ndombele komandaya seçimə  bağlı satın alma opsionu ilə icarə əsasında qoşulub. "Tottenhem" 26 yaşlı futbolçunun maaşının bir hissəsini ödəyəcək.

Qeyd edək ki, son olaraq “Napoli”də çıxış edən Ndombele 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Davinson Sançes də ötən mövsüm “Tottenhem”in heyətində 24 oyuna çıxıb.

BAKU.WS