SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Tottenhem" komandasında çıxış edən Davinson Sançesi transfer etmək istəyir.

BAKU.WS-in məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, "Qalatasaray" İngiltərə komandasının gözündən düşmüş 27 yaşlı kolumbiyalı müdafiəçi Davinson Sançesə 9 milyon avroluq şifahi təklif göndərib.

Müqaviləsinin son ilinə qədəm qoyan Sançesin gedişinə isti baxan “Tottenhem” rəhbərliyi futbolçunun transferi üçün lazımi rahatlığı təmin edəcəklərini bildirib.

Ulduz müdafiəçi ilə 2-3 klubun maraqlanması da xəbərin təfərrüatları arasında yer alıb.

2017-2018 mövsümündə "Tottenhem" tərəfindən 42 milyon avro ödəyərək "Ayaks"dan transfer olunan Sançes Premyer Liqada 142 matçda forma geyinərək komandasında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS
QALEREYA