VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün Bakıda, kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, açıq Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatının ilk günü yekunlaşıb.

BAKU.WS Sportfm.az-a istinadən xəbər verir ki, ilk gün 3 dəst medal uğrunda mübarizə gedib.

Oğlanlar arasında "yeni başlayanlar" kateqoriyasında yarışın qızıl medalını 57,400 balla Əli Xəlilov, gümüşü Nihat Muradlı (56,400 bal), bürüncü Çingiz Vəliyev (56,100 bal) qazanıb.

"Kiçiklər" arasında birinci yeri Şamxal Əhmədov (55,450 bal), ikinci yeri Kamal Əsgərov (54,650 bal), üçüncü yeri isə Fərhad Şepelev (53,950 bal) tutub.

Qızlar arasında "kiçiklər" yaş qrupunda birinci yeri Kristina Osekina (40,275 bal), ikinci yeri Dəniz Əliyeva (39,050 bal), üçüncü yeri isə Günay Haqverdiyeva (38,100 bal) qazanıb.

Yarış sabah da davam edəcək. Yarışlarda ümumilikdə 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edir.
 
BAKU.WS