SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.

“Report”un məlumatına görə, ilk gündə daha bir oyun keçirilib.

Birinci dövrədə uğurlu nəticələr əldə edən “Səbail” öz meydanında çempionatın iddialı komandalarından “Neftçi” ilə üz-üzə gəlib.

Matçda hesabı erkən qolla meydan sahibləri açıblar. 2-ci dəqiqədə David Qomis fərqlənib. Lakin cəmi 10 dəqiqə sonra “status-kvo” bərpa edilib.

Azər Əliyevin zərbəsi qarşısıalınmaz olub. “Neftçi” fasilə ərəfəsində önə keçməyi də bacarıb. 45-3-cü dəqiqədə Ataa Caber “ağ-qaralar”ın ikinci qolunun müəllifi olub.

Qarşılaşmanın sonluğu daha drammatik alınıb. Əvvəlcə 79-cu dəqiqədə “Səbail”in ən sərrast oyunçusu Aleksandr Ramalinqom hesabı bərabərləşdirib.

Lakin qəsəbə təmsilçisinin sevinci uzun sürməyib. Əvvəlcə 87-ci dəqiqədə Yuri Matias dəqiq baş zərbəsi ilə “Neftçi”ni yenidən önə keçirib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Rəhman Hacıyev qoyub. Onun qolu “Neftçi”yə 4:2 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə xal ehtiyatını 15-ə çatdıran “ağ-qaralar” turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. 6 oyunluq məğlubiyyətsizlik seriyası qırılan “dənizçilər” isə 17 xalla 3-cü sırada qalıblar.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz”la “Qarabağ” qollu (2:2) bərabərə qalıblar. “Kəpəz” – “Zirə”, “Sabah” – “Sumqayıt” matçları oktyabrın 21-də, “Qəbələ”– “Araz-Naxçıvan” görüşü isə 22-də keçiriləcək.

BAKU.WS