SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında inamlı qalibiyyət əldə edib.

Ukraynanın “Balta” klubunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edən “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

BAKU.WS