SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola əfsanəvi futbolçu Dieqo Maradona ilə "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messini müqayisə edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis açıqlamasında Messini daha üstün hesab etdiyini vurğulayıb:

"Mən Maradonanı da Messini də gördüm. Messi nə ilə fərqlənir? Mövsümöncəsi Asiya turunu xatırlayıram. Messi Argentinadan yorğun halda gəlmişdi. İlk hissə 0:0 hesabı ilə başa çatmışdı. Messi isə ehtiyat oyunçular skamyasında əyləşmişdi. Turnirin təşkilatçısı dedi: "Messini buraxın, yoxsa sizə pul verməyəcəyik. Son 20 dəqiqədə Leonun het-triki sayəsində 3:0 hesablı qələbə qazandıq.

Maradona öz zamanının ən güclü oyunçusu idi, amma gördüklərimdən sonra... Bağışlayın, amma Leo tamamilə başqadır", - deyə "Calciomercato" Qvardiolanın sözlərini sitat gətirir.

Qeyd edək ki, Maradona klub karyerası ərzində 492 oyun keçirib və 258 qol vurub. Əfsanəvi futbolçu Argentina millisində 91 oyunda 34 qol vurub.

BAKU.WS