SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarışıq döyüş növləri (MMA) üzrə braziliyalı idmançı Çarlz Oliveyra yüngül çəkidə UFC üzrə mütləq çempion İslam Mahaçevə qarşı döyüşdən imtina edib.

BAKU.WS xəbər verir ki, bu barədə UFC-nin rəsmi saytı məlumat yayıb. 

UFC-nin prezidenti Dana Uayt açıqlayıb ki, Oliveyra döyüşə hazırlaşarkən sparrinqdə qaş nahiyəsndən ağır zədə alıb. Buna görə, onun İslam Maxaçevlə oktaqona çıxması mümkünsüz olub. 

Qeyd edək ki, braziliyalı və rusiyalının revanş döyüşü oktyabrın 21-də Abu Dabidə "UFC 294"-də keçirilməli idi.

Döyüşdə Oliveyranı təşkilatın yüngül çəkidə çempionu avstraliyalı Aleksandr Volkanovski əvəzləyəcək. İdmançılar fevralda artıq üz-üzə gəliblər və Maxaçev hakimlərin yekdil qərarı ilə qalib gələrək çempionluq kəmərini qoruyub.

Ümumilikdə, rusiyalı karyerası ərzində 25 döyüş keçirib, bu döyüşlərdə 24 qələbə qazanıb və bir məğlubiyyət alıb. Volkanovskinin hesabında 26 qələbə, iki məğlubiyyət var.

BAKU.WS