SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçdə yerli "Hakken" və "Qarabağ" komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS