SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə parlaq qələbə qazanıb.

O, həlledici dueldə yaponiyalı Takeşi Takeokaya cəmi 12 saniyəyə “ippon”la qalib gəlib. Y.Nəcəfovdan fərqli olaraq, qadın cüdoçu Leyla Əliyeva qızıl medal qazana bilməyib. Finalda italiyalı Skutto Assuntaya uduzan L.Əliyeva gümüş mükafatçı olub.

Qeyd edək ki, ilk gündə yarışa qoşulan digər cüdoçular Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov, Əhməd Yusifov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) turnirlə erkən vidalaşıblar.

BAKU.WS