SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycan millisinin 13 idmançısı doğma publika önündə çıxış edəcək. Onlardan 8-i kişi, 5-i isə qadın cüdoçu olacaq.

Kişilər

60 kq

Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan)

Əhməd Yusifov - Jorre Verstraeten (Belçika)

Rövşən Əliyev - Lior Rafailov (İsrail)

Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan)

66 kq

Qasım Vəlizadə - Antoni De Angelis (Latviya)

Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan)

Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

Ruslan Paşayev - Tal Fliçer (İsrail)

Qadınlar

48 kq

Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)

Şəfəq Həmidova - Meri de Varqas (Çili)
Leyla Əliyeva - Tamar Malca (İsrail)

52 kq
Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya)

57 kq
Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail)

Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.

BAKU.WS