SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan minifutbol yığması Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov oyunların cədvəlini də açıqlayıb.

“26 oktyabr-4 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində minifutbol üzrə keçiriləcək dünya çempionatında millimiz İraq, Misir və Tunis yığmaları ilə bir qrupa düşərək, mübarizəni 27 oktyabr tarixində başlayacaq”, - Orxan Məmmədov bildirib.

BAKU.WS