SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Orxan Məmmədov növbəti dörd il üçün federasiya prezidenti seçilib.

O, bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib: “İnanıram ki, federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik”.

Qeyd edək ki, Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.

BAKU.WS