SİZİN REKLAM BURADA!
055 213 76 73


Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 13-də Azərbaycan Qılıncoynatma Federasiyasının fəaliyyəti ilə tanış olub.

Qılıncoynatma üzrə milli komandanın üzvləri ilə görüşən nazir onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov nazirə federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəsisslərlə müzakirələr aparan nazir Fərid Qayıbov qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini verib.

Görüşdə Azərbaycan Qılıncoynatma Federasiyası İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev iştirak ediblər.

Nazir, həmçinin, noyabrın 13-də Azərbaycan Badminton Federasiyasının da fəaliyyəti ilə tanış olub.

Badminton üzrə milli komandanın üzvləri ilə görüşən Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın vitse-prezidenti Balakişi Qasımov, milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

BAKU.WS
QALEREYA