SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə yığmasının sabiq məşqçisi Cengiz Akarçeşmə qadın voleybolçulardan ibarət “Azərreyl” klubunu çalışdıracaq.

BAKU.WS kluba istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə birillik müqavilə imzalanıb.

Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokuboklarda maksimum nəticə göstərmək hədəfi qoyulub. Komanda bu mövsüm “Çağırış Kuboku”nda çıxış edəcək.

27 ildir, məşqçiliklə məşğul olan Cengiz Akarçeşmə müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında da fəaliyyət göstərib.

Qeyd edək ki, “Azərreyl” “Çağırış Kuboku”nun 1/32 finalında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmalar oktyabrda keçiriləcək.

BAKU.WS