SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin".

BAKU.WS xəbər verir ki, bu sözləri “Qarabağ”ın Prezidenti Tahir Gözel UEFA Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" ilə qarşılaşmadan sonra klubun saytına açıqlamasında deyib:

“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.

BAKU.WS