SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çelsi"nin məşhur futbolçusu Hakim Ziyeş "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub Londonda sağlamlıq müayinəsindən keçən və heç bir problemi olmayan mərakeşli ulduzu İstanbula dəvət edib və Ziyeş yerli vaxtla gecə saat 00.10 radələrində İstanbula çatıb.

Ziyeş İstanbula gəldikdən sonra sponsor xəstəxanada sağlamlıq müayinəsindən keçəcək və daha sonra 4 illik rəsmi müqavilə imzalayacaq.

"Qalatasaray" Ziyeş üçün "Çelsi"yə bonuslarla birlikdə 1 milyon avro ödəyəcək. Ziyeş "Qalatasaray"dan illik 4,5 milyon avro alacaq.

Qeyd edək ki, ötən mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxan Hakim Ziyeş bu matçlarda 3 məhsuldar ötürmə edib. Hakim Ziyeşin hazırkı bazar dəyəri 16 milyon avrodur. "Çelsi" təcrübəli futbolçunu 2020-ci ildə "Ayaks"dan 40 milyon avroya transfer edib.

BAKU.WS
VİDEO

QALEREYA