SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

BAKU.WS Sport24.ru-ya istinadən xəbər verir ki, “atlılar” rusiyalı qolkiper Andrey Lunyovlə razılaşıb. 31 yaşlı qapıçı artıq Bakıdadır və tibbi müayinədən keçdikdən sonra klubla 2 illik müqavilə imzalayacaq.

Lunyov “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq.

Qolkiper karyerası ərzində “Torpedo”, “İstra”, “Ufa”, “Bayer” və “Zenit”də forma geyinib.

BAKU.WS