SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin sentyabrında "Neftçi" və Rusiya "Zenit"i arasında daha bir yoldaşlıq oyunu keçirilə bilər.

BAKU.WS "report"a istinadən xəbər verir ki, matçın milli komandaların görüşləri ilə bağlı çempionatlarda yaranacaq fasilə dövründə təşkili planlaşdırılır.

İddiaya görə, Sankt-Peterburqda oynanılacaq qarşılaşmanın sentyabrın 7-si və ya 8-də olacağı gözlənilir.

Qeyd edək ki, iki komanda bu yay artıq bir dəfə üz-üzə gəlib. İyulun 1-də "Match TV" kubokuna təsadüf edən oyunda "ağ-qaralar" 1:3 hesabı ilə uduzub.

BAKU.WS