SİZİN REKLAM BURADA!
055 213 76 73


Finlandiyanın HİK komandası Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

BAKU.WS qurumun rəsmi saytına istinadən xəbər verir ki, Helsinki təmsilçisi 24 futbolçu sifariş edib.

Baş məşqçi Toni Korkeakunnasun siyahıya daxil etdiyi oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Myönpyö
Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan
Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay
Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka

Qeyd edək ki, "Qarabağ" HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə keçirəcək.

BAKU.WS