SİZİN REKLAM BURADA!
055 213 76 73


Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub.

BAKU.WS xəbər verir ki, HİK-in oyunçusu Roope Riski 89-cu dəqiqədə dubl edərək hesabı 3:0-a çatdırıb.

***

21.23

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, HİK-in oyunçusu Roope Riski 60-cı dəqiqədə hesabı 2:0-a çatdırıb.

***

21.13

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Bolt Arena"dakı görüşdə meydan sahibləri hesabı açıb.

HİK-in heyətində 46-cı dəqiqədə Roope Riski fərqlənib.

***

20.06

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, hazırda oyunun 6-cı dəqiqəsi gedir.

***

19.34

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək.

Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı.

Hər iki komanda heyətləri açıqlayıb:

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç
Baş məşqçi: Toni Koskela

“Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane
Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, bu gün “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS