SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" argentinalı ulduz futbolçu Mauro İkardinin transferini rəsmən açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

Açıqlamada futbolçunun maaşı və PSJ-yə ödəniləcək məbləğ qeyd olunub.

Futbolçunun keçmiş klubuna 10 milyon avro transfer haqqı ödəniləcək.

İkardi ilə 2023-2024-cü il mövsümündən başlayaraq 3 mövsüm razılıq əldə olunub və hər mövsüm üçün 6 milyon avro qonorar ödəniləcək.

Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında "sarı-qırmızılar"ın heyətində keçirib. Argentinalı 24 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Superliqa tarixində "Qalatasaray"da ardıcıl 7 qol vuran ilk futbolçu olub.

BAKU.WS
QALEREYA