SİZİN REKLAM BURADA!
055 213 76 73


Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli Səudiyyə Ərəbistanının “Abha” klubunda çıxış edə bilər.

BAKU.WS xəbər verir ki, adıçəkilən klubun baş məşqçisi Çeslav Mixneviç millimizin forvardının xidmətində maraqlıdır.

Vaxtilə “Legiya”da Emrelinin çalışdırıcısı olmuş mütəxəssis hücumçuya bu barədə təklif edib.

Mahir Emrelinin anası Elnurə Emreli “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib etməyib:

“Mixneviçlə Mahirin əlaqələri var və hər zaman danışırlar. Amma indiki halda Zaqreb klubuna rəsmi təklif gəlməyib. Ümumiyyətlə, hələlik Mahir üçün heç bir komandadan rəsmi təklif yoxdur”.

BAKU.WS