SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası, "Yalı Çapkını" serialının ulduzu Afra Saraçoğlu "Fənərbağça"dan "Real Madrid"ə transfer olan Arda Gülerlə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, aktrisa instaqram hesabında Gülerin fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Yolun açıq, şansın bol olsun!"

Xatırladaq ki, 18 yaşlı futbolçu "Real Madrid"ə transfer olub.

Madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək.

Bundan başqa, İstanbul təmsilçisi futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

BAKU.WS