SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" klubu 18 yaşlı futbolçusu Arda Güleri "Real Madrid"ə satıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Real Madrid" klubu açıqlama yayıb.

Onunla 6 illik müqavilə imzalanacaq.

Madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək.

Bundan başqa, İstanbul təmsilçisi futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. 

Gülerin tibbi yoxlanışdan keçəcəyi və sabah imza mərasimi baş tutacağı bildirilir.

Qeyd edək ki, Arda Güler 2019-cu ildən "Fənərbağça"da forma geyinirdi. 2022-2023 mövsümündə "Fənərbağça"nın heyətində bütün turnirlərdə 35 matça çıxan Gülər ​​6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS