SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov həlledici görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda müvafiq olaraq ispaniyalı Mark Alvaresə (11:0) və ukraynalı Vladimir Koçanova (4:0) qalib gəliblər.

Finalda Allahverdiyev ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükccingillə qarşılaşacaq.

BAKU.WS