SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çelsi"nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanından "Əl-Hilal"a keçə bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

31 yaşlı seneqallı müdafiəçi klubla danışıqlar aparır.

Ötən mövsüm o, 32 oyunda iki qol vurub.

Qeyd edək ki, "Transfermarkt" Kulibalinin transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Müdafiəçinin London klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Futbolçu əvvəllər İtaliyanın "Napoli", Belçikanın "Genk" və Fransanın "Metz" klublarında çıxış edib.

BAKU.WS