İkardi dünyanın ən bahalı maşınını aldı - FOTO

İkardi dünyanın ən bahalı maşınını aldı - FOTO
Foto
İdman 704

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi dünyanın ən bahalı avtomobili kimi göstərilən "Rolls Royce Boat Tail"i kolleksiyasına əlavə edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkərli qayığa bənzəyən bu ultra lüks avtomobilin qiyməti montaj prosesi və əl istehsalı detallarla birgə 23-25 milyon avroya (45.415500 manat) çata bilər.

100 milyon avroluq şəxsi sərvəti olan İkardi, həmçinin “Lamborghini Huracan Spyder”, “Bentley Bentayga”, “Hummer H2” və “Range Rover”, eləcə də “Rolls Royce”un “Ghost” modelinə sahibdir.

Son xəbərlər