SİZİN REKLAM BURADA!
055 213 76 73


22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Həmçinin “Qarabağ” klubu 2400 manat cərimələnib.

İntizam Komitəsində həmçinin bu qərarlar qəbul olunub:

22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);

22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);

22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Sumqayıt” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);

22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1).

BAKU.WS