VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

BAKU.WS milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub.

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

BAKU.WS