SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hücumçusu Erlinq Holandı ulduz futbolçular Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Sky Sports" məşqçinin dediklərini sitat gətirib:

"Qol vurma keyfiyyətlərinə görə Holand Kriştianoya bənzəyir, lakin Messi daha mükəmməl oyunçudur. Erlinq bilir ki, bu oğlanlar iki onillikdə dominantlıq ediblər, bir və ya iki mövsümdə yox. Onlar titullar qazanıblar, meydanda əllərindən gələni edirlər. Erlinq dünyanın ən çətin liqasına gəlib. Mən başqa liqalarda işləmişəm və buna əsasən deyə bilərəm ki, onun gördüyü işlər inanılmazdır. Amma Messi və Ronaldu səviyyəsinə çatmaq üçün çox çalışmaq lazımdır".

BAKU.WS