Məşhur braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri futbolsevərləri sevindirib.
 
BAKU.WS-in məlumatına görə, paytaxtımızın məşhur otellərindən birində qalan ulduz futbolçu fanatlarının sevgisi ilə qarşılaşıb.
 
Oteldən çıxarkən onunla şəkil çəkdirmək istəyən fanatlar bir-biri ilə yarışıb. Mühafizəçilərin olmasına baxmayaraq otel çıxışında qısa müddətlik izdiham yaranıb. 
 
Qeyd edək ki, "Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq.
 
   
Şahin Həbibov
BAKU.WS