SİZİN REKLAM BURADA!
055 213 76 73


"Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis pley-offda ilk qalibiyyətin komandanın böyüməsi üçün önəmli olduğunu bildirib: "Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır".

Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib: "Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Hamısı məsuliyyətli futbolçulardır".

BAKU.WS
VİDEO