SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə ilk oyundan sonra fikirlərini bildirib.

BAKU.WS-in məlumatına görə, komandasının rəqibə qarşı göstərdiyi oyundan razı qaldığını vurğulayıb.

"Bu gün çox dinamik bir komandaya qarşı oynadıq. "Gent"ə qarşı oyunda razı qalmadığım oyunçum olmadı. Gələcəkdə uğurlu nəticələr qazanmaq baxımından da çox əhəmiyyətli oyun oldu. Düşünürəm ki, bu komandaya qarşı səfərdə də aktiv və dinamik şəkildə oynamalıyıq. Əks halda bu rəqib bizi cəzalandıra bilər" - deyə Qurbanov bildirib.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən ilk qarşılaşmasında "Qarabağ" rəqibini kabo-verdeli legioneri Leandro Andradenin 78-ci dəqiqədə vurduğu yeganə qol sayəsində minimal hesabla məğlub edib. “Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

BAKU.WS