VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 

Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
BAKU.WS