SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliyalı futbolçu Neymar Serbiya ilə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuq nahiyəsindən zədə alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Braziliyanın "Globo Esporte" portalına Braziliya millisinin həkimi Rodriqo Lesmar bildirib.

Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.

"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik", - Lesmar deyib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliya yığması noyabrın 28-də İsveçrə yığması ilə qarşılaşacaq.

BAKU.WS