SİZİN REKLAM BURADA!
055 213 76 73


Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.

Turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.

Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.

***18:46

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyununda növbəti qol vurulub.

Qarşılaşmanın 83-cü dəqiqəsində Asano Yaponiyanı hesabda önə çıxarıb.

***18:36

Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci qol vurulub.

76-cı dəqiqədə Asiya təmsilçisindən Ritsu Doan tarazlığı bərpa edib - 1:1.

***17:35

lmaniya yığması Yaponiya ilə qarşılaşmada hesabda önə keçib. Oyunun 33-cü dəqiqəsində İlkay Gündoğan pelanti zərbəsi ilə hesabı açıb. 

***17.05

Dünya çempionatının qrup mərhələsi çərçivəsində Almaniya və Yaponiya milliləri arasında görüş start götürüb.

Qarşılaşmanı Salvadordan olan FIFA referisi İvan Barton idarə edir.

BAKU.WS