SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oyun heç-heç ilə başa çatıb.

Qeyd edək ki, növbəti turun matçları oktyabrın 27-də keçiriləcək. “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq, “Frayburq” Almaniyada “Olimpiakos”u sınağa çəkəcək.

***21:50

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesab açılmayıb.

***21:33

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***20:49

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda "Qarabağ" və Yunanıstan "Olimpiakos" oyunu start götürdü.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

BAKU.WS