SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya “Zaltsburq”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.

Qeyd edək ki, FIFA Mahir Emrelini sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.

BAKU.WS