13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

AFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Neftçi" klubunu 4000 manat məbləğində cərimələyib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, buna hər iki komanda azarkeşlərinin VIII turda Azərbaycan derbisində təhqiramiz ifadələr işlətməsi səbəb olub.

İK "Səbail"in futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza verib. 26 yaşlı müdafiəçi "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Dənizçilər" bunun üçün 200 manat ödəyəcək.

"Sumqayıt"a 1600 manat məbləğində cərimə kəsilib. "Gənclik şəhəri" təmsilçisinin fanatları "Kəpəz"lə qolsuz heç-heçə etdikləri matçda meydana kənar əşyalar atıb. Gəncə klubu isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

BAKU.WS