SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Morko Veşoviç "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı müdafiəçi rəqibi analiz etdiklərini bildirib: "Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik".

Monteneqrolu oyunçu kollektivdə ab-havanın yaxşı olduğunu söyləyib: "Rəqib Almaniyada birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq".

Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

BAKU.WS