SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibi Almaniyanın "Frayburq" klubudur.

BAKU.WS xəbər verir ki, rəqib komanda oyun öncəsi maraqlı video paylaşaraq 4 il sonra avrokuboklara qayıdışı qeyd edib. 

Belə ki, “Frayburq” Çempionlar Liqasında heç vaxt iştirak etməyib. Klub yalnız Almaniyanı UEFA Kubokunda və Avropa Liqasında təmsil edib. Onların avrokuboklarda debüt matçı isə 1995-1996-cı illərə təsadüf edir. UEFA kubokunun ilk mərhələsi çərçivəsində "Frayburq" Praqanın "Slaviya"sı ilə qarşılaşıb. İlk görüşdə “ağ-qaralar” evdə çexlərə 1:2 hesabı ilə uduzub, cavab görüşündə komandalar qolsuz heç-heçə edib və iki oyunun yekununda “Slaviya” daha güclü olub. 

Frayburq azarkeşləri növbəti avrokubok həyəcanını 2001-2002 mövsümündə yaşasalar da daha sonra 2013-2014-cü ilə qədər səbr etməli olublar. 

2017-2018-ci il mövsümündə "Frayburq"un Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansı var idi. Üçüncü təsnifat mərhələsində Kristian Streyxin rəqibləri Sloveniyanın "Domjale" klubu olub. İlk oyunda "Frayburq" evdə rəqib üzərində minimal hesablı qələbə qazansa da, cavab görüşündə "Domjale" ağ-qaralar üzərində 2:0 hesabı ilə qalib gəlib. Beləliklə Bundesliqa təmsilçisi turnirdən kənarlaşıb.

İndi isə rəqib doğma "Qarabağ"dır. Nəzərinizə çatdıraq ki, "köhlən atlar" Avrokubok təcrübəsinə görə rəqiblərindən daha üstündürlər. Ağdam təmsilçisi ardıcıl 9 mövsümdür avrokuboklarda mübarizə aparır.

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

BAKU.WS
VİDEO